Avropa Cənubi Qafqaz və Mərkəzi Asiya regionları ölkələri ilə əməkdaşlığı gücləndirir | Ic…
Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa İttifaqı (Aİ) Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə davamlı və səmərəli nəqliyyat, enerji və rəqəmsal əlaqələr qurmağı hədəfləyir.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, Aİ-nin bu sahədə strateji investisiyaların əlaqələndirilməsi təşəbbüsü Avropa ölkələri, eləcə də Azərbaycan, Ermənistan, Moldova, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndələrinin əsas müzakirə mövzusuna çevrilib.
"Bu, Aİ-nin Qara dəniz və Mərkəzi Asiya regionlarına strateji yanaşmasına uyğundur", - görüşdən sonra verilən bəyanatda deyilir.
Aİ tərəfindən müzakirələrdə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas, qurumun genişlənmə məsələləri üzrə komissarı Marta Kos və beynəlxalq tərəfdaşlıq üzrə komissarı Yozef Sikela iştirak ediblər.
İştirakçılar qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə sadiq olduqlarını təsdiq ediblər.
Vurğulanıb ki, Avropa və Asiya arasında əsas körpü olan Qara dəniz regionu beynəlxalq ticarət, taxıl, enerji resursları və əsas xammalın tranzitində mühüm rol oynayır, onu regional və qlobal təhlükəsizliyin mərkəzi elementinə çevirir.
İlk iclasda iştirakçılar təhlükəsizlik məsələlərinə diqqət yetiriblər.
Tam oxu
Xəbəri oxu