Avropa Cüdo İttifaqı Azərbaycanın olimpiya çempionlarını mükafatlandırıb

10.04.2025

Icma.az, Cbcsport portalına istinadən məlumat yayır.

Avropa Cüdo İttifaqı (EJU) Azərbaycanın olimpiya çempionları Zelim Kotsoyev və Hidayət Heydərovu mükafatlandırıb.

Bu barədə qurumum mətbuat xidməti məlumat yayıb.

EJU-nun cüdo düşərgəsinin açılış mərasiminə dəvət olunan azərbaycanlı cüdoçulara qurumun prezidenti Laslo Tot tərəfindən xatirə lövhəsi hədiyyə edilib.

Mərasimdə həmçinin Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli də mükafatlandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью