Avropa Cüdo Ümidlərində 4 medal FOTO

18.08.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Macarıstanın Dyor şəhərində Avropa Cüdo Ümidləri Turniri keçirilib.

İdman.biz xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan yarışda Azərbaycan cüdoçuları 1 qızıl və 3 bürünc medal əldə ediblər.

U-15 yaş kateqoriyasında Aqşin Bayramov (60 kq) qızıl, Səttar Qədirov (42 kq), Fərhad Quliyev (60 kq) və U-13 yaş kateqoriyasında Fəxrim Məhərrəmov (42 kq) bürünc medala yiyələnib.

Qeyd edək ki, beynəlxalq turnirdə 19 ölkədən 273 cüdoçu iştirak edib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью