Avropa daha bir il Ukraynaya qapılarını bağladı

29.01.2026

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniya kansleri Fridrix Merts Ukraynanın 2027-ci ildə Avropa İttifaqına qoşula bilməyəcəyini bildirib.

"Unikal" xəbər verir ki, ABŞ, əgər Ukrayna sülh sazişinə razılıq verərsə, təkcə təhlükəsizlik zəmanətləri deyil, həm də 1 yanvar 2027-ci ildə Aİ-yə üzvlük vəd edir.

Kiyev də bu tələbi irəli sürür.

Lakin Merts bunun "söhbət gedə bilməyəcəyini" və "qeyri-mümkün" olduğunu bildirib. O bu açıqlamanı koalisiya komitəsinin iclasından sonra verib.

Kansler xatırladıb ki, hər bir namizəd ölkə Kopenhagen meyarlarına cavab verməlidir ki, bu proses adətən bir neçə il çəkir. O, sürətli qoşulmanı qeyri-real kimi qiymətləndirib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью