Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
İngiltərənin bir sıra nəhəng klubları PSJ-nin 18 yaşlı vingeri İbrahim Mbaye ilə yaxından maraqlanır.
Futbolpress.az xəbər verir ki, bu barədə “RMC Sport” nəşri məlumat yayıb.
Gənc futbolçunun xidmətində “Çelsi”, “Liverpul”, “Tottenhem” və “Mançester Siti” maraqlıdır. Həmçinin, Almaniyanın “Bayer Leverkuzen” və “Borussiya Dortmund”sı da Mbayeni diqqətdə saxlayır. Paris təmsilçisinin istedadlı hücumçunu 50 milyon avrodan aşağı məbləğə satmaq niyyətində olmadığı bildirilir.
Mbaye başa çatan mövsümdə Liqa 1-də keçirdiyi 24 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub. O, həmçinin UEFA Çempionlar Liqasının 2025/26 mövsümündə 4 görüşdə meydana çıxıb.
Vingerin PSJ ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına kimidir. “Transfermarkt” portalı onun transfer dəyərini 30 milyon avro qiymətləndirir.