Avropa Ermənistan üçün Rusiya bazarını əvəz edə bilmədi Erməni ekspertin rəyi

17.08.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan Rusiya bazarını Avropa bazarı ilə əvəzləmək cəhdində uğursuzluğa düçar olub.
Bizim.Media xəbər verir ki, bu barədə "Natsionalnaya slujba novostey"ə müsahibəsində iqtisadçı, Qafqaz İnstitutunun eksperti Qrant Mikaelyan bildirib.
 

"Rusiya bazarını tam şəkildə əvəzləmək o qədər də asan deyil. Ermənistan mühüm səylər göstərsə belə, Avropa bazarı əsas bazara çevrilə bilməyəcək", — deyə ekspert qeyd edib.


Onun sözlərinə görə, may-iyun ayları ərzində Avropa İttifaqı erməni fermerlərdən 364 min avro dəyərində meyvə, tərəvəz və gül alıb ki, bu da 2025-ci ilin eyni dövrünün nəticələrinə görə Rusiyanın onlara qazandırdığı vəsaitdən 80 dəfə azdır.
2026-cı il mayın sonundan etibarən Rusiya Ermənistandan bəzi giləmeyvə, təzə tərəvəz, meyvə, gül və mineral suların idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib. Məhdudiyyətlərin şamil olunduğu siyahıya, xüsusən, pomidor, xiyar, bibər, göyərti və çiyələk daxil edilib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью