Avropa futbolunda derbi həyəcanı günün AFİŞASI

26.10.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün, oktyabrın 26-da Avropanın bir neçə çempionatında növbəti qarşılaşmalar keçiriləcək.

İdman.Biz xəbər verir ki, futbolsevərlər ümumilikdə beş oyunu izləyə biləcəklər. Günün əsas qarşılaşmaları Türkiyə Super Liqasında keçiriləcək İstanbul derbisi və Fransa çempionatında PSJ ilə “Lion” arasında baş tutacaq prinsipial görüşdür.

Türkiyə Super Liqasının doqquzuncu turuna üç qarşılaşma ilə yekun vurulacaq. “Qalatasaray” doğma meydanda əzəli rəqibi “Fənərbağça”nı qəbul edəcək.

Bundan əvvəl daha iki qarşılaşma təşkil olunacaq. “Beşiktaş” öz meydanında “Başakşəhər”lə, “Rizespor” isə “Trabzonspor”la üz-üzə gələcək.

Fransa Liqa 1-in səkkizinci turunda PSJ “Lion”u qəbul edəcək. Hər iki komandanın 14 xalı var və turnir cədvəlində dörüncü və beşinci pillədə qərarlaşıblar.

İspaniya La Liqasında isə 10-cu turun son matçı baş tutacaq. “Sevilya” doğma meydanda “Osasuna”nı qəbul edəcək.

Türkiyə Super Liqası, 9-cu tur
20:00 “Beşiktaş” - “Başakşəhər”
20:00 “Rizespor” - “Trabzonspor”
22:30 “Qalatasaray” - “Fənərbağça”

Fransa Liqa 1, 8-ci tur
23:30 - PSJ - “Lion”

İspaniya La Liqası, 10-cu tur
23:59 - “Sevilya” - “Osasuna”

Bütün saatlar Bakı vaxtı ilə göstərilib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью