Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Bu gün La Liqada 23-cü turun oyunları davam etdiriləcək.
QOL.az xəbər verir ki, turun mərkəzi qarşılaşması Madriddə keçiriləcək.
“Santyaqo Bernabeu” stadionunda keçiriləcək derbidə çempionluq uğrunda mübarizə aparan paytaxt təmsilçiləri “Real”la “Atletiko” üz-üzə gələcək.
Turnir cədvəlində onları cəmi 1 xal ayırır. Oyun Bakı vaxtı ilə bu gecə saat 00:00-da başlanacaq.
Qeyd edək ki, 22 oyundan sonra “Real” 49 xalla 1-ci, “Atletiko” isə 48 xalla 2-ci yeri tutur.
3-cü pillədəki “Barselona”nın isə 22 matçdan 45 xalı var. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.