Avropa Gimnastikasının Bakıdakı turnirlə bağlı paylaşımı

02.04.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Avropa Gimnastikası (EG) mayın 1-4-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa kuboku ilə bağlı paylaşım edib.

İdman.biz xəbər verir ki, yarışın startına bir aydan da az vaxt qalıb.

EG paylaşımda belə yazıb: "Yenidən getməyə hazırıq. Bakıda keçiriləcək bədii gimnastika üzrə ikinci Avropa kubokuna bir aydan az müddət qalıb!"

Artıq 24 ölkədən komandalar yarış üçün müraciət edib. Avropa kubokunda ümumilikdə 198 idmançı - 88 böyük və 110 yeniyetmə mübarizə aparacaq.

Qeyd edək ki, ötən il ilk Avropa kuboku da Milli Gimnastika Arenasında keçirilib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью