Avropa Gümüş Liqası: Yığmamız son oyununa çıxır

21.06.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Gümüş Liqasında sonuncu matçına çıxacaq.

İdman.biz xəbər verir ki, Fərid Cəlalovun komandası Farer adalarında Avstriyanı sınağa çəkəcək.

İlk 5 oyunda 2 qələbə qazanan yığmamızın növbəti 3 xal uğrunda mübarizə aparacaq. Qələbə turnir cədvəlində 4-cü yerdə (6 xal) olan komandamızın mövqeyini də yaxşılaşdıra bilər.

Avropa Gümüş Liqası
21 iyun
III tur, 6-cı oyun
Kişilər
20:00. Avstriya - Azərbaycan
Hakimlər:
David Ryan (Farer adaları), Niklas Tomsen (Danimarka)
Sandur, “Höllin inni i Dal”

Qeyd edək ki, Avstriya 2 oyundan 3 xal yığıb və turnir cədvəlində 5-ci yerdə qərarlaşıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью