“Avropa Gürcüstanla dialoqda ikili standart nümayiş etdirir”

10.02.2026

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa bürokratiyasını ikili standartlarda ittiham edib.

Bu barədə Gununsesi.info  xarici mediaya istinadən xəbər verir.

Onun sözlərinə görə, Avropa qurumları Rusiya ilə birbaşa dialoqun zəruriliyindən açıq şəkildə danışmağa başlasa da, hələ də Gürcüstanla birbaşa dialoqu bərpa etməyiblər.

Baş nazir bildirib ki, bu mövqe “Gürcüstanın Rusiyapərəst olması və ya Rusiya hökuməti ilə həmrəyliyi” bəhanəsi ilə əsaslandırılır.

İrakli Kobaxidze vurğulayıb ki, bu yanaşma Avropa bürokratiyasında ikili standartların bariz nümunəsidir. O, Rusiya ilə birbaşa dialoq bərpa edildikdən sonra Avropa qurumlarının Gürcüstanla da birbaşa dialoqa qayıdacağına ümid etdiyini qeyd edib.

Firuzə

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью