Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa ölkələri müəyyən əsas hərbi sahələrdə, xüsusilə də hava hücumundan müdafiə sahəsində ABŞ-dan asılı qalmaqdadırlar.
Axar.az xəbər verir ki, bunu Almaniyanın keçmiş müdafiə naziri Anneqret Kramp-Karrenbauer deyib.
“Avropa öz təhlükəsizliyini təmin etmək məsələsində daha çox özünə güvənməlidir, amma Vaşinqtonun tamamilə əvəz edilməsindən söhbət gedə bilməz”, - Karrenbauer bildirib.