Avropa hərbi attaşeləri İranı tərk etməlidir Səlimi

01.02.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Avropa ölkələrinin hərbi attaşeləri İranı ən qısa müddətdə tərk etməlidirlər.

Axar.az xəbər verir ki, bunu İran parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi deyib.

“Səfirliklərimizdə yerləşən Avropa ölkələrinin hərbi attaşeləri tezliklə ölkəni tərk etməlidirlər. Onlar terrorçudurlar. Terrorçuların ölkədə qalması mövcud qanunvericiliyə ziddir. Xarici İşlər Nazirliyi bunu bu gün həyata keçirməlidir”, - Səlimi bildirib.

Qeyd edək ki, bu gün İran parlamenti Avropa Birliyi ölkələrinin silahlı qüvvələrini terror təşkilatları kimi tanıyıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью