Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropada III Dünya müharibəsinin qarşısını almaq üçün "səmimi” və "cəsarətli” siyasət aparılmalıdır. Bu siyasət "saxta mənəvi qəzəbi” aradan qaldırmalı, "ideoloji korluğu” dəf etməli və Rusiya, ABŞ və digər ölkələrə qarşı "aydın strategiya” təqdim etməlidir.
Qaynarinfo xəbər verir ki, bunu "Berliner Zeitung" jurnalında Belçikadakı keçmiş Almaniya səfiri və Almaniyanın ATƏT-də daimi nümayəndəsi Rüdiger Lyudekinq yazıb.
Onun sözlərinə görə, belə siyasət "heç bir böyük dövlətə itaəti nümayiş etdirməməli” və aşağıdakı yeddi əsas maddəni əhatə etməlidir:
1. Müxtəlif ölkələrin dəyərləri və maraqları ortaq strategiyanın əsasını təşkil etməlidir. "Həyat hüququ” beynəlxalq hüququn "gözardı edilə bilməyən pozuntuları qarşısında nəzərə alınmalıdır;
2. Avropa qəbul etməlidir ki, Rusiyanın izolyasiyası uğursuz olub və sanksiyalar həddən artıq qiymətləndirilib;
3. Avropa Rusiyaya qarşı müharibəyə birbaşa müdaxilədən çəkinməlidir;
4. Avropa İttifaqı Avropa müdafiəsini sürətlə inkişaf etdirməlidir;
5. Avropa ABŞ ilə birlikdə Ukraynada sülh yolu axtarmalı və Rusiyaya diplomatik əlaqələr qurmalıdır;
6. Avropa ABŞ-ın Qrenlandiyaya qarşı təhdidlərinə aydın mövqe göstərməlidir;
7. Avropa dəyərlərə əsaslanan dünya nizamına töhfə verməlidir.
Lyudekinqin sözlərinə görə, bu mövqelər məğrur və ya kənar fikirlər deyil və Avropanın hər şeyi yenidən başlatmaq imkanı var.
Aydın