Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa və ABŞ arasındakı münasibətlər heç vaxt əvvəlki formatına qayıtmayacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Niderland Baş nazirinin səlahiyyətlərini icra edən Dik Şof Qrenlandiya ətrafındakı vəziyyət fonunda transatlantik münasibətlərdə artan gərginliyə münasibət bildirərkən bildirib.
"Bu münasibətlərbir daha heç vaxt əvvəlki kimi olmayacaqlar. Biz fərqli bir dövrdə böyümüşük və o zaman geri qayıtmayacaq", - müvəqqəti hökumət başçısı RTL jurnalistinin Avropa-ABŞ münasibətlərinin gələcəyi ilə bağlı sualını cavablandırarkən bildirib. O, Avropa ölkələrinin nostalji hisslərə qapılmamalı, eyni zamanda öz dəyərlərini qorumağın vacib olduğunu bildirib.
NATO-nun baş katibi Mark Rutte ilə danışıqlardan sonra ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ Qrenlandiya ətrafındakı vəziyyətlə əlaqədar olaraq Avropa ölkələrinə elan edilmiş idxal rüsumlarını tətbiq etməyəcək. Çünki razılaşmanın konturları ortaya çıxıb.
Anar