“Avropa ilə İqtisadi əməkdaşlıq” İctimai Birliyinin sədri “Caspian Energy Club Europe”un s…
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq. Avropa ölkələri ilə birgə həyata keçirilən lahiyələrə və tədbirlərin təşkilatı prosesinə r
“Avropa ilə İqtisadi əməkdaşlıq” İctimai Birliyinin sədri, “Caspian Energy Club”ın baş icraçı direktorunun birinci müavini və baş maliyyə di
Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Telman Əliyev bildirib ki, “Caspian Energy Europe”un yeni sədri Rasim Mahmudov Çexiya istisna olmaqla, digər Avropa ölkələrində qeydə alınan nümayəndəliklərin bütün layihələrinin icrasına rəhbərlik edəcək.
“Bildiyiniz kimi, Çexiyada həyata keçirilən lahiyələrə “Caspian Energy Club Czechia”nın sədri Zaur Qədirov çox uğurla rəhbərlik edir və biz bu əməkdaşlığı davam etdirməyi planlaşdırırıq”, - deyə Telman Əliyev bildirib."Rasim Mahmudov öz fəaliyyəti ilə daim yüksək səviyyəli əlaqələr qurmağa çalışmış, müxtəlif formatlarda dialoqların stimullaşdırılması, habelə qarşılıqlı faydalı tərəfdaşlıqların inkişafı üçün yorulmaz səy göstərmişdir.
"Caspian Energy Club Europe" çərçivəsində həyata keçirilən layihələr regional və qlobal miqyasda daha geniş əməkdaşlıq imkanları yaratmaq məqsədini güdür.
İnanıram ki, Rasim Mahmudovun sayəsində Avropada “networking” əməkdaşlığımızı daha da möhkəmləndirəcəyik", – Telman Əliyev vurğulayıb və əlavə edib ki, Rasim Mahmudov “networking” prosesini sadəcə formal əlaqələr deyil, eyni zamanda etimadın yaradılması və uzunmüddətli strateji əlaqələrin inkişafı kimi vacib bir proses hesab edir.
Yeni vəzifəsinə təyin olunan Rasim Mahmudov öz növbəsində belə əhəmiyyətli bir rolu qəbul etməkdən böyük məmnuniyyət duyduğunu və yeni vəzifədə müxtəlif ölkələrdə fəaliyyət göstərən sahibkarlar arasında möhkəm əlaqələr qurmağa çalışacağını və bu məqsədə çatmaq üçün bütün imkanlarını səfərbər edəcəyini bildirib.
Tam oxu
Xəbəri oxu