Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hurriyyet.az xəbər verir ki, Almaniyanın "Rheinmetall" müdafiə sənayesi şirkətinin başçısı Armin Papperger Financial Times (FT) qəzetinə müsahibəsində Avropa ilə Ukraynanın anbarlarındakı silah ehtiyatlarının tükəndiyini söyləyib.
Papperger deyib: "Avropa ilə Ukraynanın silah anbarlarında heç nə yoxdur".
"Rheinmetall" rəhbəri Ukraynadakı müharibənin başa çatacağı təqdirdə şirkətin heç nə itirməyəcəyini, Avropada silaha tələbatın yüksək olaraq qalacağını bildirib.
Hürr Tərcüman