Avropa İnvestisiya Bankı ilk dəfə Azərbaycanda dövlət sektoruna kredit ayırıb

20.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Avropa İnvestisiya Bankı (EIB) ilk dəfə Azərbaycanda dövlət sektoruna 43 milyon avro kredit ayırıb.

"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, kredit nazirliyə məxsus “AzInTelecom” MMC-nin Abşeron və Hacıqabul rayonlarındakı yeni Data Mərkəzlərinin inşasına sərf ediləcək.

"Layihənin məqsədi dövlət və özəl sektora təqdim edilən bulud xidmətlərini daha da genişləndirməkdir. Bu layihə ölkəmizdə rəqəmsal infrastrukturun inkişafına böyük təkan verəcək və ekosistemi yeni səviyyəyə yüksəldəcək", - deyə məlumatda qeyd olunub.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью