Avropa İttifaqı ABŞ məhsullarına qarşı planlaşdırılan əks gömrük rüsumlarını avqustun əvvəlinədək təxirə salır

13.07.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Berlin, 13 iyul, AZƏRTAC

Avropa İttifaqı (Aİ) ABŞ-la gömrük mübahisəsi çərçivəsində iyulun 14-dən etibarən həyata keçirməyi planlaşdırdığı əks-rüsum tədbirlərini avqustun əvvəlinədək təxirə salır.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə Aİ Komissiyasının Prezidenti Ursula Fon der Lyayen məlumat verib. U.Lyayen razılığın əldə olunacağına hələ ümid etdiyini bildirib.

Qeyd edək ki, Aİ bu addımla Prezident Donald Trampın ötən gün Avropa İttifaqından idxal olunan mallara tətbiq ediləcək 30 faizlik gömrük artımına baxmayaraq, ABŞ ilə razılaşmanın əldə edilməsini gözləyir. İyulun 14-də ABŞ-a qarşı 21 milyard avro həcmində əks-gömrük rüsumları paketi qüvvəyə minməli idi. Çünki ABŞ bundan əvvəl Aİ məhsulları da daxil olmaqla bir çox gömrük tariflərini artırmışdı. Lakin Almaniya hökuməti və bəzi digər dövlətlər bu addımdan hələlik imtina etməyi və Vaşinqtonla danışıqları çətinləşdirməmək üçün gözləməyi tövsiyə ediblər.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью