​Avropa İttifaqı ABŞ nin qərarına cavab verəcək

03.04.2025

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Avropa İttifaqı ABŞ-nin tarifləri artırmaq qərarına cavab verəcək.

Metbuat.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barrot belə açıqlama verib. O bütün NATO üzvlərinin həmrəylik nümayiş etdirməsini istəyib. Barrotun sözlərinə görə, qarşılıqlı tariflərin Amerika iqtisadiyyatı və bütün NATO üzvlərinin iqtisadiyyatı üçün zərərləri olacaq. ABŞ-nin qərarı ilə bağlı AB-nin yeni tədbirlər müzakirə edəcəyini bildirən Barrot, avropalıları, onların maraqlarını və rifahını qorumaq üçün bütün tədbirlərin həyata keçirilə biləcəyini ifadə edib.

Qeyd edək ki, Fransanın baş naziri Fransua Bayrou Trampın yeni qərarının iqtisadi dünya üçün “fəlakət” olduğunu bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью