Avropa İttifaqı ABŞ yə 90 gün vaxt verib

10.04.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqı ABŞ-yə qarşı tarif artımı proqramını işləyib hazırlamağa davam edəcək, lakin Vaşinqtona danışıqlarda şans vermək üçün prosesi 90 gün müddətinə dondurur.

Oxu.Az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen özünün "X" səhifəsində yazıb.

Avropalı siyasətçi bildirib ki, artıq Vaşinqtona qarşı cavab tədbirləri yekunlaşmaqdadır, danışıqlar qənaətbəxş nəticə verməsə, tarif artımı tətbiq olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью