Avropa İttifaqı ABŞ yə xəbərdarlıq etdi

02.02.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

ABŞ Avropa İttifaqı (Aİ) ölkələrindən gələn mallara rüsum tətbiq etsə, birlik buna sərt reaksiya verəcək.

Oxu.Az xəbər verir ki, bu barədə "Agence France-Presse" agentliyi Avropa Komissiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

"Aİ qəti şəkildə inanır ki, aşağı tariflər artıma və iqtisadi sabitliyə kömək edir, lakin ədalətsiz tariflər tətbiq olunsa, sərt şəkildə cavab veriləcək", - mənbə bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Kanada, Çin və Meksikadan idxal olunan mallara rüsumların tətbiqi haqqında fərman imzalayıb. Meksika və Kanadadan idxala 25 % rüsum tətbiq ediləcək. Çindən gələn mallara isə 10 % əlavə rüsumlar tətbiq olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью