Avropa İttifaqı “Apple” və “Meta”şirkətlərini 700 milyon avro məbləğində cərimələyib

23.04.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Berlin, 23 aprel, AZƏRTAC

Avropa İttifaqı (Aİ) ABŞ-ın texnologiya nəhəngləri “Apple” və “Meta” şirkətlərini müvafiq olaraq 500 milyon və 200 milyon avro məbləğində cərimələyib.

AZƏRTAC alman mediasına istinadla xəbər verir ki, Avropa Komissiyası bu qərarı hər iki şirkətin Avropanın rəqəmsal qanunvericiliyini pozması ilə əsaslandırıb. Komissiyanın məlumatına görə, həmin şirkətlər konkret olaraq “Rəqəmsal bazarlar qanunu”na (DMA) zidd hərəkət ediblər.

“Apple” bu qərara qarşı məhkəmə iddiası qaldıracağını bəyan edib.

Qeyd edək ki, bu qanun Avropanın rəqəmsal bazarında dominant mövqeyə malik şirkətlərin digər rəqibləri sıxışdırmasının qarşısı alınmasını nəzərdə tutur. Avropa Komissiyası “Rəqəmsal bazarlar qanunu” çərçivəsində ilk dəfə cərimə tətbiq edir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью