Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Macarıstan iyun ayında Rusiyaya qarşı sanksiyaların növbəti dəfə uzadılmasına problemlər yarada bilər. Brüssel bu proqnozlara əsaslanıb Macarıstanın vetosundan yayınmağa kömək edəcək “B planı” hazırlayır.
Reyting.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Avropa məsələləri üzrə redaktoru Rikard Yozviak öz mənbələrinə istinadla məlumat yayıb.
Bildirilir ki, Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı Macarıstanın potensial vetosundan yan keçmək və bəzi ölkələrin də sanksiyaların ayrı-ayrı elementlərini ləğv etmək cəhdlərinin qarşısını almaq üçün Brüsseldəki hüquqşünaslar artıq “B planı”nı hazırlamağa başlayıblar.
ELÇİN