Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa İttifaqının dağılması ssenarisi mümkündür, bu struktur kifayət qədər kövrək olaraq qalır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Bizimyol.info xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində amerikalı iqtisadçı, Kolumbiya Universitetinin (Nyu-York) Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks deyib.
Bu gün Avropa Birliyinin dağılması ehtimalı varmı sualına amerikalı iqtisadçı müsbət cavab verib. "Bəli, belə bir ssenari mümkündür, çünki Aİ kifayət qədər kövrək struktur olaraq qalır", - deyə o qeyd edib.
"Hesab edirəm ki, Avropanın modernləşməyə və güclənməyə ehtiyacı var - güclü Avropa həm İttifaq və qitədəki dövlətləri özünə, həm də bütövlükdə dünyaya fayda verərdi. Amma ola bilsin ki, əvəzində Aİ sadəcə dağılsın", - deyə o əlavə edib.
Qadir, Bizimyol.info