Avropa İttifaqı dron ordusu formalaşdıra bilər AZƏRTAC

13.12.2024

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 13 dekabr, AZƏRTAC

Avropa İttifaqı üzv dövlətlərin müvafiq tələbi olarsa, dron ordusunun formalaşdırılmasını nəzərdən keçirə bilər.

AZƏRTAC xəbər verir ki, Avropanın müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius bu barədə RND redaksiya birliyinə müsahibəsində deyib.

“Biz NATO ilə sıx əməkdaşlıq etməliyik. PUA ordusuna ehtiyacın olub-olmaması ilə bağlı qərarı NATO qəbul etməlidir. Avropa İttifaqının bir çox ölkəsi dronların çox vacib olduğunu düşünür. Üzv ölkələr bunu istəsə, onların təklifini nəzərə alacağıq”, - deyə Kubilius bildirib.

Onun sözlərinə görə, PUA-lar hərbi əməliyyatların gedişini dəyişməyə qadirdir. Bu səbəbdən müasir dronların və elektron döyüş texnikalarının istehsalı təcili olaraq artırılmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью