Avropa İttifaqı Əfqanıstana humanitar yardım göndərib

02.09.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqı (Aİ) güclü zəlzələdən zərər çəkmiş Əfqanıstana humanitar yardım göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin rəsmi nümayəndəsi Eva Hrncirova bildirib.

Onun sözlərinə görə, zəruri malların ilk partiyası bu həftənin sonuna qədər Kabilə çatacaq.

Xatırladaq ki, avqustun 31-də gecə saatlarında Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6 maqnitudalı zəlzələ baş verib. Son məlumatlara görə, ölənlərin sayı 1,1 min nəfəri ötüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью