Avropa İttifaqı Ermənistana əlavə dəstək göstərəcək

04.06.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Ermənistan məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlər fonunda Avropa İttifaqı İrəvana əlavə dəstək göstərməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, “Armenpress”in məlumatına görə, Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos bildirib ki, iyunun 4-də keçiriləcək görüş və aparılacaq müzakirələrdən sonra Ermənistana dəstək məqsədilə yeni tədbirlər paketi elan olunacaq.

Səfir qeyd edib ki, Aİ erməni ixracatçılarının alternativ bazarlara çıxışını genişləndirmək və yaranmış problemlərin həllinə kömək etmək niyyətindədir.

Qeyd edək ki, son aylarda Rusiya tərəfindən Ermənistanın çiçək, “Jermuk” mineral suyu, bəzi spirtli içkilər, balıq məhsulları, eləcə də meyvə-tərəvəz ixracına müxtəlif məhdudiyyətlər tətbiq edilib.

Mirsadiq Ağayev

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью