Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.azxəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz bildirib.
"Biz Avropa Birliyinin genişlənməsini istəyirik. Əgər Avropa Birliyi dünyada suverenliyini təsdiqləmək və açıq-aşkar güc qüvvəsi kimi qəbul olunmaq istəyirsə, o, böyüməlidir", - deyə Merz bildirib.
Merz vurğulayıb ki, Avropaya inteqrasiya üçün siyasi iradə olmalıdır.
Qeyd edək ki, Berlin Prosesi Albaniya, Bosniya və Herseqovina, Şimali Makedoniya, Serbiya, Monteneqro və tanınmamış Kosovonun Avropaya inteqrasiyasını dəstəkləyən bir mexanizmdir. Bu proses 2014-cü ildə Almaniyanın o vaxtkı kansleri Angela Merkel tərəfindən irəli sürülüb.