“Avropa İttifaqı gürcü xalqını dəstəkləməkdə davam edəcək”

16.12.2024

Icma.az, Missiya.az saytına istinadən bildirir.

Gürcüstan prezidenti Salome Zurabaşvili ilə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Kosta arasında telefon danışığı olub.

Missiya.Az xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.

Kosta Gürcüstanın Avropa istəklərini dəstəklədiyini bildirib.

"Bu gün mən Avropa Şurasının prezidenti ilə Gürcüstanda baş verən son hadisələrlə bağlı danışdım. Mən vurğuladım ki, böhrandan yeganə dinc çıxış yolu siyasi, yeni seçkilərdir. Məni əmin etdilər ki, Avropa İttifaqı gürcü xalqını və onun Avropa gələcəyini dəstəkləməkdə davam edəcək”, - deyə Zurabişvili qeyd edib.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью