Avropa İttifaqı Gürcüstana təzyiq tədbirlərini müzakirə edəcək

16.11.2024

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

“Nazirlər Gürcüstan hökumətinə öhdəliklərinə qayıtması üçün necə təzyiq göstərilməsi barədə müzakirə apara bilərlər”

Noyabrın 18-də keçiriləcək görüşdə Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Gürcüstan hökumətinə avrointeqrasiyaya qayıtmaq üçün təzyiq tədbirlərini müzakirə edəcəklər.

AYNA xarici mediaya istinadənm bildirir ki, bu barədə Aİ-nin yüksək rütbəli nümayəndəsi Brüsseldə jurnalistlərə deyib.

“Nazirlər yeni tədbirləri müzakirə edə və Gürcüstan hökumətinə Avropaya inteqrasiya ilə bağlı öhdəliklərinə qayıtması üçün necə təzyiq göstərilməsi barədə müzakirə apara bilərlər”, o deyib.

Jurnalistlərin Aİ-nin Gürcüstan üçün vizasız rejimi dayandıra biləcəyi ilə bağlı sualına diplomat belə cavab verib: “Bu, Gürcüstan xalqına təsir edəcək çox mühüm tədbirdir. Bunun təsdiq olunacağını düşünmürəm”.

Eyni zamanda, diplomat qeyd edib ki, gürcü diplomatları və hökumət nümayəndələri üçün vizasız rejimin dayandırılması mümkündür: "Düşünürəm ki, bu müzakirə edilə bilər, lakin bazar ertəsi qəti qərarın veriləcəyini deyə bilmərəm".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью