Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqı (Aİ) Rusiya və Belarusdan qaynaqlanan hibrid təhdidlərə qarşı şərq sərhədlərində təhlükəsizlik tədbirlərini gücləndirməyə, dronlara qarşı mübarizəni artırmağa və yeni viza məhdudiyyətləri tətbiq etməyə hazırlaşır.
Turkustan.az xəbər verir ki, Avropa Parlamentinin (AP) Baş Assambleyasında Aİ-nin Daxili İşlər və Miqrasiya üzrə komissarı Maqnus Brunner, eləcə də Aİ Şurasına sədrlik edən İrlandiyanın Mədəniyyət, Kommunikasiya və İdman üzrə dövlət katibi Çarli Makkonahinin iştirakı ilə Birliyin şərq sərhədlərindəki təhlükəsizlik vəziyyəti və hibrid təhdidlər müzakirə olunub.
Çıxışı zamanı Maqnus Brunner Baltik dənizindən Qara dənizə qədər Aİ-nin şərq sərhədlərinin müxtəlif mənbələrdən gələn təhlükəsizlik təhdidləri ilə üz-üzə olduğunu bildirib. O əlavə edib ki, miqrasiyadan, dronlardan, kiberhücumlardan və təxribat aktlarından təzyiq aləti kimi istifadə olunması artıq tək-tük hallar deyil, sistemli xarakter alıb.
Aİ-nin şərq sərhədlərinə yatırılan investisiyaların bütövlükdə Birliyin təhlükəsizliyinə qoyulan sərmayə olduğunu vurğulayan Brunner hazırda Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (Frontex) 600-dən çox əməkdaşının milli sərhədçilərlə birgə fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Komissar həmçinin qeyd edib ki, "Frontex" üçün hazırlanmış yeni tənzimləyici təklifə əsasən, üzv dövlətlərin müraciəti əsasında dərhal əraziyə yerləşdirilməyə hazır olan sürətli reaksiya qüvvələri yaradılacaq.
Aytən Yaşar/ Turkustan.az