Avropa İttifaqı ilə enerji əməkdaşlığı və onun əhəmiyyəti ŞƏRH | Icma.az
Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyevin Davosda "Euronews" telekanalına verdiyi müsahibə ölkənin regional və qlobal mövqeyini əks etdirən mühüm siyasi bəyanat oldu.
Yanvarın 20-də Ümumdünya İqtisadi Forumu çərçivəsində verilən bu müsahibə Cənubi Qafqazda sülh prosesindən tutmuş beynəlxalq münasibətlərin gələcəyinə qədər geniş spektrdə məsələləri əhatə etdi.Müsahibəyə beynəlxalq münasibətlərin transformasiyası mövzusu ilə başlayan Prezident Əliyev qlobal sistemin fundamental şəkildə yenidən qiymətləndirilməsi mərhələsində olduğumuzu vurğuladı.
Dövlət başçısının sözlərinə görə, müasir beynəlxalq münasibətlərdə artıq hüquq normaları deyil, güc amili hakim mövqe tutur.
Bu reallıq müxtəlif regionlarda baş verən hadisələrdə özünü göstərir."Hər bir ölkə öz strategiyasını və siyasətini öz potensialına əsaslandırmalı, ilk növbədə regionunda, sonra isə qlobal miqyasda mümkün qədər çox ölkə ilə yaxşı münasibətlər qurmalıdır" - bu formula Azərbaycanın son illərdə həyata keçirdiyi siyasətin mahiyyətini əks etdirir.Prezident Əliyev qeyd etdi ki, Azərbaycanın həyata keçirdiyi siyasi inkişaf yolu, suverenliyinin və ərazi bütövlüyünün bərpası beynəlxalq hüquq və ümumi dəyərlər çərçivəsində olub.
Bu yanaşma kiçik və orta ölkələr üçün milli maraqları qoruyarkən beynəlxalq normalardan kənara çıxmadan fəaliyyət göstərmək nümunəsidir.
Müsahibənin ən əhəmiyyətli hissələrindən biri Ermənistanla sülh prosesinə həsr olundu.
Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, müstəqillik tarixində Azərbaycan heç vaxt sülh şəraitində yaşamamışdır.
Tam oxu
Xəbəri oxu