Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan və Aİ arasında münasibətləri tənzimləyən sənədlərin hüquqi əsası 90-cı illərdə qoyulub.
Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov vropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla keçirdikləri birgə mətbuat konfransında bildirib.
“2017-ci ildən yeni hərtərəfli saziş üzrə danışıqlara başlanılıb. Sazişi əhatə edən məsələlər üzrə 90% razılıq əldə edilib. Bir sıra mövzular isə açıq qalıb. Qarşılıqlı razılaşma ondan ibarət oldu ki, saziş üzrə açıq qalan mövzuların tamamlanması üzrə hər iki tərəf əməli addımlar atacaq”, - nazir deyib.