Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28.11.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda Azərbaycan Respublikası və Avropa İttifaqı (Aİ) arasında Yüksək Sə­viyyəli Nəqliyyat Dialoqunun üçüncü iclası keçirilib. İclasda Azərbaycan və Aİarasında nəqliyyat sahəsində əməkdaşlığın prioritet istiqamətləri, regional nəqliyyat bağlantıla­rının inkişafı, infrastruktur layihələri müza­kirə olunub.

Dialoq zamanı Orta Dəhlizin inkişafı üzrə Aİ-nin maliyyə və investisiya alətlərindən istifadə imkanla­rı, Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafı­na qurumun mümkün dəstəyi, Zəngəzur dəhlizinin Trans-Avropa Nəqliyyat Şəbəkəsinə (TEN-T) daxil edilməsi, Avropa logistika şirkətlərinin Orta Dəhliz­dən istifadəsinin təşviqi məsələləri nəzərdən keçi­rilib. Bununla yanaşı, aviasiya və dəniz nəqliyyatı sahələrində əməkdaşlığın genişləndirilməsi imkan­larına dair fikir mübadiləsi aparılıb.

Nazir Rəşad Nəbiyev bildirib ki, bu dialoq tərəflər arasında münasibətlərdə yaranmış müsbət dinamikanı davam etdirmək və nəqliyyat sahəsin­də əməkdaşlığı daha da inkişaf etdirmək üçün yeni perspektivlər açır. Əldə olunmuş irəliləyişi nəzərdən keçirmək, ortaq prioritetləri bir daha təsdiqləmək və konkret növbəti addımları müəyyən etmək baxımın­dan belə müzakirələr əlavə imkan yaradır.

Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Baş Direktorluğunun (DG MOVE) rəhbəri Maqda Kopçinska qeyd edib ki, ötən il Brüsseldə Azərbaycan nümayəndə heyəti ilə keçirilən görüş­dən sonra əməkdaşlığımız nəzərəçarpacaq dərəcədə inkişaf edib. Regional bağlantılar, rəqəmsallaşma və aviasiya sahələri birgə fəaliyyətin genişləndirilməsi üçün ortaq maraqların olduğu əsas istiqamətlərdir.

Dialoq zamanı tərəflər Orta Dəhlizin inkişafına dəstək məqsədilə Aİ-Azərbaycan nəqliyyat əmək­daşlığının dərinləşdirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər. Növbəti mərhələdə müzakirə olunan məsələlər üzrə fikir mübadiləsini intensivləşdirmək barədə razılığa gəliblər.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью