Avropa İttifaqı inkişaf etməkdə olan dövlətlərdə iqlim maliyyələşdirməsinə 32,3 milyard avro ayırıb

29.10.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 oktyabr, AZƏRTAC

Avropa İttifaqı (Aİ) 2025-ci ildə inkişaf etməkdə olan dövlətlərdə iqlim maliyyələşdirməsi çərçivəsində 32,3 milyard avro ayırıb. Bundan başqa, istixana effekti qazlarının azaldılması və iqlim dəyişikliklərinə uyğunlaşmaq üçün həmin dövlətlərə 9,3 milyard avro məbləğində özəl maliyyə ayrılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin rəsmi xəbər agentliyi (WAM) məlumat yayıb.

Bildirilib ki, vəsaitlər Aİ-nin iqlimlə bağlı beynəlxalq öhdəliklərinə uyğun olaraq ayrılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью