Avropa İttifaqı İordaniyaya 500 milyon avro kredit ayırıb

02.04.2025

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Avropa İttifaqı İordaniyaya Makroiqtisadi Maliyyə Yardımı (MFA) proqramı çərçivəsində 500 milyon avro məbləğində kredit ayırıb.

AZƏRTAC “əl-Məmləkə” telekanalına istinadla xəbər verir ki, bununla bağlı qərar dünən Avropa Parlamentinin iclasında təsdiq olunub.

Bu, Avropa İttifaqının 2013-cü ildən bəri İordaniyaya ayırdığı dördüncü yardım paketidir. Bildirilir ki, bu maliyyə yardımı paketi İordaniyanın mövcud iqtisadi və maliyyə çətinliklərinin öhdəsindən gəlməsinə kömək məqsədilə Avropa Komissiyası tərəfindən 2025-ci ilin yanvar ayında elan edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью