Avropa İttifaqı İrana qarşı sərt tədbirlərə hazırlaşır Açqlama

13.01.2026

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) İrana qarşı yeni təzyiq siyasətinə qərar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə Aİ Komissiyasının sədri Ursula fon der Leyen açıqlama verib.

O, İrandakı nümayişçilərə həddindən artıq güc tətbiqinı qınayaraq, bunun cavabsız qalmayacağını deyib: "Biz rejimə qarşı təcili əlavə tədbirlər görəcəyik".

Aİ rəsmisi İran diplomatlarının Aİ binalarına daxil olmalarının qadağan olunma xəbərini də təsdiqləyib: "Bu, ilk addımlardan biridir"

"İranda artan insan itkisi dəhşətlidir", deyən Aİ rəsmisi sərt sanksiyaların tətbiqinin tezliklə elan ediləcəyni də istisna etməyib.

Firudin Səfərli

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью