Icma.az, Moderator.az portalına istinadən məlumat yayır. "Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar hazırlayır.
Dron və raket istehsalı üçün komponentlərin tədarükünə ixrac məhdudiyyətləri qoyulur".
Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Kaya Kallas İrandakı vəziyyətlə bağlı Avropa Parlamentindəki dinləmələr zamanı bildirib.
"Etirazların sərt şəkildə yatırılmasına görə İrana qarşı yeni sanksiyalar təklif edirik", - deyə o bəyan edib.
Kallas, həmçinin Avropa Komissiyasının və Aİ diplomatik xidmətinin İrandakı etirazların iştirakçılarını dəstəkləmək niyyətində olduğunu qeyd edib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.