Avropa İttifaqı İranın hücumlarını PİSLƏDİ

04.06.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Avropa İttifaqı İranın Küveyt və Bəhreyndə mülki infrastruktura endirdiyi hücumları kəskin şəkildə pisləyib.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsü bəyanat yayıb.

Məlumata görə, Avropa İttifaqı İranın mülki obyektlərə qarşı həyata keçirdiyi bu hücumları “qəbuledilməz” adlandırıb və bunun beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması olduğunu bildirib. Bəyanatda qeyd olunub ki, bu cür addımlar regionda təhlükəsizlik və sabitliyi təhdid edir.

Aİ tərəfləri gərginliyi azaltmağa və BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinin tam icrasına çağırıb, həmçinin hücumların qurbanlarına başsağlığı verib və yaralananlara şəfa diləyib.

Məlumata əsasən, 3 iyun səhəri İran və ABŞ qüvvələri arasında qarşılıqlı hücumlar baş verib. Bildirilir ki, İranın Küveyt və Bəhreyndəki hədəflərə atdığı raketlərin bir qismi ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, hədəflərə dəqiq çatmayıb.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью