Avropa İttifaqı Kiyevə maliyyə yardımının üçüncü ödənişini təsdiqləyib

17.03.2025

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna təxminən 20 milyard avro alacaq

Avropa İttifaqı (Aİ) Şurası Kiyevə makromaliyyə yardımı proqramı çərçivəsində Ukraynaya 3,5 milyard avro tranşın ödənilməsini təsdiqləyib. AYNA.AZ xəbər verir ki, bu barədə iclası Brüsseldə keçirilən Şuranın bəyanatında deyilir.

“Şura Ukraynaya 3,5 milyard avro məbləğində üçüncü ödənişi təsdiqləyib. Bu üçüncü ödənişlə Ukrayna bir il əvvəl yarandığı gündən bəri Ukrayna fondu çərçivəsində təxminən 20 milyard avro alacaq”, - məlumatda deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью