Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Avropa İttifaqı Gürcüstanın Kulevi limanındakı neft emalı zavoduna qarşı qabaqlayıcı sanksiyalar tətbiq edib. Əgər zavod Rusiya neftinin emalını dayandırmasa, bu sanksiyalar 25 yanvar 2027-ci il tarixindən qüvvəyə minəcək.
Məlumatı “İnterfaks.ru” verib.
“Qadağa Rusiya neftini emal edən neft emalı zavodlarına tətbiq edilir və onlardan biri olan Kulevi Neft Emalı Zavodu da bu siyahıya daxildir. Siyahıya daxil edilmə altı ay təxirə salınacaq ki, neft emalı zavoduna Rusiya neftindən uzaqlaşmaq üçün əməliyyatlarını şaxələndirmək vaxtı verilsin. Avropa Komissiyanın qiymətləndirməsindən sonra Şura neft emalı zavodunun siyahıya daxil edilməsinin zəruriliyi barədə qərar verəcək”, - deyə Aİ Şurası Rusiyaya qarşı 21-ci geniş sanksiya paketini elan etdikdən sonra bildirilib.
Gürcüstan neft emalı zavodu ilə ilə bağlı qadağa Belarusun Mozır Neft Emalı Zavodu ASC-yə və Avropa Ticarət Şirkətinə (ETK) qarşı sanksiyaların elan edilməsi ilə yanaşı qəbul edilib. Avropa Komissiyasının məlumatına görə, bu şirkət, üç Belarus istehsalçısı - Mozır Neft Emalı Zavodu, Naftan və Belorusneft tərəfindən Rusiyada Mozır Neft Emalı Zavodu və Naftan tərəfindən istehsal olunan neft məhsullarının satışı üçün yaradılan Belarus Neft Şirkətinin törəmə müəssisəsidir.
P.ƏMİRCANOV
XQ