Avropa İttifaqı liderləri arasında anlaşmazlıq

27.11.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri Brüsseldə keçirilən danışıqlarda qurumun növbəti yeddiillik maliyyə planı ilə bağlı razılıq əldə edə bilməyiblər. Bununla belə, büdcənin ilin sonunadək təsdiqlənməsi nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın federal kansleri Fridrix Merts Aİ sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, üzv ölkələrin növbəti maliyyə planının formalaşdırılması ilə bağlı mövqeləri hələ də ciddi şəkildə fərqlənir. Kansler qeyd edib ki, tərəflərin mövqelərinin yaxınlaşdırılması üçün əlavə vaxt və qarşılıqlı anlaşma tələb olunur.
Fridrix Merts bildirib ki, büdcə ilə bağlı müzakirələr dekabrın 17-də yenidən davam etdiriləcək. O, danışıqların yekun mərhələsinin yaxın vaxtlarda keçiriləcəyini də vurğulayıb.
Bizim.Media  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью