Avropa İttifaqı Metanı cərimələdi

15.11.2024

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqı  Komissiyası “Facebook” və “Instagram” sosial media platformalarının sahibi "Meta"-nı İttifaqın antiinhisar qaydalarını pozduğuna görə 797 milyon avro məbləğində cərimələdiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Aİ Komissiyasının araşdırması müəyyən edib ki, Meta bütün Avropa İqtisadi Zonasında şəxsi sosial şəbəkələrdə və sosial mediada onlayn ekran reklam bazarındakı dominant mövqeyindən sui-istifadə edib.

Müvafiq olaraq, "Meta"-nın sözügedən hərəkətə dərhal son qoyması və gələcəkdə eyni pozuntunun təkrarlanmasından, həmçinin ekvivalent məqsəd və ya təsiri olan hərəkətlərdən çəkindirilməsi qərara alınıb.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью