Avropa İttifaqı missiyasından Azərbaycana qarşı növbəti təxribat

07.11.2024

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistandakı Avropa İttifaqı missiyasının əməkdaşları Azərbaycana qarşı növbəti təxribata hazırlaşırlar.

Sherg.az bu barədə "Trend"ə istinadən xəbər verir.

Belə ki, bu gün saat 09:26-da Avropa İttifaqının üç "müşahidəçisi" Aİ-yə məxsus bir ədəd "Toyota" markalı avtomobillə Gorus rayonunun Kornidzor kəndinin yaxınlığına gəlib.

Avropa İttifaqının əməkdaşları Azərbaycan ərazilərini müşahidə edib, saat 09:52-də geriyə qayıdıblar.

Onlar Laçın rayonunun Fətəlipəyə kəndini müşahidə ediblər.

Sözügedən görüntülərini təqdim edirik: Telegram Widget

Oxu.Az

0:50

This media is not supported in your browser

VIEW IN TELEGRAM

0:58

This media is not supported in your browser

VIEW IN TELEGRAM

?? Avropa İttifaqı missiyasından Azərbaycana qarşı təxribat.
#Avropaİttifaqı
? Son xəbərlər Bizimlə əlaqə

Please open Telegram to view this post

VIEW IN TELEGRAM

t.me/oxuaze/112649

856 viewsNov 7 at 14:26

Xatırladaq ki, Ermənistan ərazisində yerləşdirilən Aİ "missiyası" bölgəyə gəldiyi gündən ölkəmizə qarşı dəfələrlə bu tipli təxribatlar edib. Sonuncu dəfə, oktyabrın 29-da isə Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gələn üç missiya avtomobilindən birinin üzərində Fransa bayrağı dalğalanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью