Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Brüssel paralel strukturların yaradılmasından qaçmaq üçün daim NATO ilə sıx əməkdaşlıq edir”
Avropa İttifaqının (Aİ) əsas məqsədi NATO-nun funksiyalarını təkrarlamadan müdafiə qabiliyyətlərini gücləndirməkdir. AYNA.AZ xəbər verir ki, bu barədə “TRT Haber” Avropa diplomatiyasının rəhbəri Kaya Kallasa istinadən məlumat yayıb.
Kallas bildirib ki, “Brüssel paralel strukturların yaradılmasından qaçmaq üçün daim NATO ilə sıx əməkdaşlıq edir”.
Lakin diplomat Avropa ordusunun yaradılması ideyasını rədd edib. Onun sözlərinə görə, hər bir Aİ ölkəsinin NATO-nun bir hissəsi olan öz silahlı qüvvələri var.
Avropa diplomatiyasının rəhbərinin sözlərinə görə, Aİ-nin prioriteti müdafiə investisiyalarının artırılması, müdafiə sənayesinin inkişafı və qitəni gücləndirəcək birgə hərbi təchizat olmalıdır.
Kallas bildirib ki, Avropa müdafiəsinin gücləndirilməsi NATO-nu əvəz etməməli, tamamlamalıdır.