Avropa İttifaqı növbəti on ildə müdafiəyə 7 trilyon avro xərcləyəcək

23.06.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 23 iyun, AZƏRTAC

Avropa İttifaqına (Aİ) üzv ölkələr hərbi güc baxımından Rusiyanı ötmək üçün növbəti 10 il ərzində silah istehsalına 7 trilyon avro xərcləməlidirlər.

AZƏRTAC xəbər verir ki, müdafiə məsələləri üzrə Avropa komissarı Andrius Kubilius Brüsseldə keçirilən hərbi konfransda Aİ-nin strateji məqsədini bu şəkildə ifadə edib.

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri müdafiə xərclərini ümumdaxili məhsullarının 5 faizinə çatdırmaq barədə NATO öhdəliklərinə uyğun olaraq növbəti 10 il ərzində bu sahəyə təxminən 7 trilyon avro xərcləyəcəklər.

Andrius Kubilius, eyni zamanda, Kiyevin Avropa müdafiə birliyinə və Aİ-nin hərbi bazarına tam inteqrasiyasına, həmçinin Avropa hərbi sənayesi ilə Ukrayna istehsalının vahid hərbi kompleksdə birləşdirilməsinə çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью