Avropa İttifaqı öz büdcəsindən Ukraynaya 88 milyard ayıracaq

16.07.2025

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Komissiyası Aİ-nin 1,7 trilyon avroluq büdcəsini təsdiq etməyə yaxındır. Bunun da 88 milyard avronu  Ukrayna alacaq.

AzPost bildirir ki, bu barədə Politico məlumat yayıb.

Bildirilir ki, vəsaitlərin əksəriyyəti Aİ ölkələrinin töhfələri hesabına formalaşır.

Büdcə layihəsində Ukraynaya yardımdan əlavə, aşağıdakılar nəzərdə tutulur:
▪️ 522 milyard avro – “rəqabət qabiliyyəti, rifah və təhlükəsizlik” üçün;
▪️ 190 milyard – qlobal layihələr və qonşu ölkələrə yardım üçün;
▪️ 107 milyard – Aİ işçilərinin maaşları üçün.

Onlar həmçinin COVID-dən sonra Aİ-nin ümumi borcunu ödəmək üçün üç yeni vergi tətbiq etməyi planlaşdırırlar: Eelektrik tullantılarından, tütün məhsullarından və böyük şirkətlərin mənfəətindən vergi!

Eyni zamanda kəsirlər və artan borclar fonunda Almaniya və Fransa büdcənin artırılmasının əleyhinədir.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью