Avropa İttifaqı parçalanma mərhələsinə daxil olur

13.02.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna məsələsinə görə Fransa lideri Makrona küsən Almaniya kansler Fridrix Mertsin intiqamının, Avropa İttifaqını (Aİ) parçalanma təhlükəsi ilə üz-üzə qoya biləcəyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, İtaliyanın "La Repubblica" qəzeti Almaniya kansler Fridrix Mertsin, dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi planının uğursuz olması səbəbindən Fransa Prezidenti Emmanuel Makrona qarşı həyata keçirəcəyi qisasın, Avropanın Rusiyaya qarşı mübarizədəki birliyini pozma riski daşıdığını yazıb.

Belçikadakı Rusiya aktivlərinə əl qoyulması mübarizəsini və "Mercosur" sazişinə qarşı cəhdlərini uduzan Mertsin kin saxlayaraq intiqam planı hazırlamağa başladığı iddia edilən yazıda bu ifadələr yer alıb:

"İtaliya-Almaniya əməliyyatı mahiyyət etibarilə Berlin liderinin intiqam arzusundan doğub və indi Cənubi Avropadakı bir çox hökumətin qorxduğu məqam bu əməliyyatın daha böyük bir şeyə çevrilməsidir".

Mertsin Avropa Şurasının sədri Antonio Kosta və Fransa Prezidenti Emmanuel Makronu Kiyevə verilən 90 milyar avroluq kredit formasında ona tələ qurmaqda ittiham etdiyini qeyd edən "La Repubblica" bunları yazıb: 

"Dolayısı ilə məqsədi iki sarsılmaz hədəfi reallaşdırmaqdır: Yeni Eurobond emissiyasını dayandırmaq və milli ordulara əsaslanan bir müdafiə sistemi yaratmaq".

Dünən "Handelsblatt" qəzeti Merts və Makronun Eurobond istifadəsi, Aİ-nin "Mercosur" ilə bağladığı saziş və Fransa elçisinin Moskvaya etdiyi son səfər də daxil olmaqla, ən azı altı mühüm məsələdə ixtilafda olduğunu yazmışdı.

Avropa Parlamenti 11 fevral çərşənbə günü Ukraynaya 2026-2027-ci illər üçün 90 milyar avroluq kredit ayrılması qərarını təsdiqləyib.

Müvafiq qərar 2025-ci ilin dekabrında keçirilən Aİ sammitində qəbul edilmişdi. Sammit zamanı Belçika dondurulmuş Rusiya aktivlərinin bu məqsədlər üçün istifadəsini əngəlləməyə nail olmuşdu.

Rusiya Qərbdəki aktivlərinin dondurulmasını dəfələrlə "oğurluq" kimi xarakterizə edib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью