Avropa İttifaqı Parlamentinin üzvünə Azərbaycan multikulturalizmi haqda məlumat verilib | …
Icma.az bildirir, 525.az portalına istinadən. Belçikanın paytaxtı Brüssel şəhərində “Belçika və Avropada 2025 İslam Dünyası İli” dinlərarası
Mərkəzdən 525.az-a verilən xəbərə görə, konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə rəhbərliyi ilə Azər
Nümayəndə heyətinin tərkibinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov da daxildir.
Konfrans çərçivəsində mart ayının 6-da Avropa İttifaqı Parlamentinin üzvü, Asiya ölkələri ilə qrupun rəhbəri, Belçikanın Səhiyyə Naziri Volter Beke ilə Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə çıxış edən Rəvan Həsənov Azrbaycanın multikulturalizm ənənələri, multikulturalizm siyasəti haqda danışıb.
Azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri son dərəcə önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb.
Ölkəmizin bütün dünyada müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, həmrəylik hisslərinin bərqərar olmasına çalışdığını və bu baxımdan nümunə olduğunu vurğulayıb.
Qeyd edib ki, Azərbaycan Respublikasının təşəbbüsü ilə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə beynəlxalq forumlar təşkil olunur.
Tam oxu
Xəbəri oxu